Ronaldo dönəmi başa çatır

01.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo milli karyerasını bitirməyə qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə “O Jogo” nəşri məlumat yayıb. 41 yaşlı futbolçunun yaxın zamanda qərarını elan edəcəyi bildirilib.

Ronaldo dünən öz istəyi ilə yığmanın düşərgəsini tərk edib. O, qərarı ilə bağlı bunları deyib:

“Vaxtı gələndə milli komandanı tərk etməyimə səbəb olan məsələlərlə bağlı həqiqəti bütün portuqaliyalılara danışacağam. Mən hər zaman bu milli komandaya bütün varlığımla bağlı olmuşam. İndi isə Portuqaliyaya və istisnasız olaraq bütün komanda yoldaşlarıma uğurlar arzulamağın vaxtıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью