Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldo İspaniyanın qarışıq döyüş sənətləri üzrə promouterlik şirkəti WOW FC-də pay alıb.
"Ölkə.az" xəbər verir ki, futbolçu bu barədə sosial mediada məlumat verib.
Müqavilənin şərtləri açıqlanmayıb.
Ronaldo yazıb: "MMA həqiqətən inandığım dəyərləri təcəssüm etdirir: intizam, hörmət, əzmkarlıq və daim mükəmməlliyə can atmaq. WOW FC unikal və güclü bir şey yaradır və mən bu layihəyə qoşulmaqdan qürur duyuram".
O, gələcək nəslə ilham vermək üçün idmanı "yeni səviyyəyə" qaldırmaq istədiyini qeyd edib.
İspaniyanın "Marca" nəşrinin məlumatına görə, WOW FC-nin baş direktoru Arturo Qilen Kriştiano Ronaldonun idmanın gələcəyinə əhəmiyyətli dərəcədə təsir edəcəyini qeyd edib.
WOW FC 2019-cu ildə Madriddə təsis edilib və İspaniyanın ən böyük MMA liqası hesab olunur. "Marca"nın məlumatına görə, liqa son zamanlar getdikcə populyarlaşıb - tədbirlərdə iştirak bir ildə 400%-dən çox artıb və bilet satışları hər şouda 5000 tamaşaçını keçib.
Elvin
Ölkə.az