Ronaldo dubl etdi, “Əl Nəsr” 5 qolla qazandı

21.09.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Əl Riyad”la qarşılaşıb. Matç “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 5:1.

Ronaldonun dubl etdiyi matçda digər qollarə Joao Feliks (2) və Kinqsli Koman vurub.

“Əl Nəsr” 3 turdan sonra 9 xalla liderdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью