Ronaldo: “Düşündüm ki, karyeram və həyatım bitdi

01.09.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İkiqat dünya çempionu və "Qızıl top"un ikiqat qalibi braziliyalı Ronaldo "İnter"də aldığı ağır zədədən danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "El Naional"a açıqlama verib.

"İnter"də aldığım ciddi zədə? Həmin an hələ də yaddaşımdadır. Sanki kimsə üstümə daş atdı, məni güllə ilə vurdu. Yıxıldım və əlimi dizimə qoyub ağlamağa başladım. Ağrıdan yox, qorxudan. Düşündüm ki, karyeram və həyatım bitdi".

Qeyd edək ki, Ronaldo 2000-ci ilin aprelində "İnter"in heyətində "Latsio" ilə matçda çarpaz bağını qırmışdı. Braziliyalı əfsanə karyerasını 2011-ci ildə başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью