Ronaldo “Əl Nəsr”dən ayrılacağına işarə etdi

27.05.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılacağına işarə edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 40 yaşlı portuqaliyalının "Əl-Fateh"ə qol vurduğu, lakin komandasının məğlubiyyətə uğradığı (2:3) Səudiyyə Ərəbistanı çempionatının son turunun oyunundan sonra o, “Instagram”da sirli paylaşım edib.

"Bu fəsil bitdi. Hekayə? Hələ yazılır. Hamınıza təşəkkür edirəm", - Ronaldo yazıb.

Ronaldo 2022-ci ilin dekabr ayının sonunda "Əl-Nəsr"in futbolçusu olub və 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun Səudiyyə klubunda maaşı ildə 200 milyon dollardır.

Kriştiano bu mövsüm "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 35 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Əl-Nəsr” (70 xal) Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad” (83 xal) və “Əl-Hilal”dan (75 xal) sonra üçüncü yeri tutub. Ronaldo 25 qolla turnirin bombardiri olub.

Stefano Piolinin yetirmələri növbəti mövsümdə Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью