Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Braziliya millisinin sabiq hücumçusu, hazırda İspaniyanın “Valyadolid” klubunun sahibi olan Ronaldo ən yaxşı keçmiş komanda yoldaşlarının adını açıqlayıb.
QOL.az xəbər verir ki, o, Ronaldinyo və Zinəddin Zidanı fərqləndirib:
“Ən yaxşı komada yoldaşlarım millidə Ronaldinyo Qauço, klub səviyyəsində isə Zidan idi. Zizou çox məşq edirdi. O, fərqli, çox texnikalı idi, hər şeyi sadə edirdi".
Ronaldo, PSV, "Barselona", "İnter", "Real", "Milan" və "Korintians" kimi komandalarda çıxış edib. Ümumilikdə braziliyalı forvard peşəkar karyerası ərzində 735 oyun keçirib, 512 qol vurub.