“Ronaldo eqosunu idarə etməlidir”

01.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliyalı mütəxəssis Joze Mourinyo həmyerlisi Kriştiano Ronaldonun milli komandanın düşərgəsini tərk etməsinə münasibət bildirib.

Futbolpress.az “Globo” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis futbolçu ilə bağlı bunları deyib:

“Ronaldo elə bildiyimiz Ronaldodur. O, qalib xarakterli insandır. Bu cür eqoya sahib olmağı normaldır. 20 il ərzində bunun hesabına qollar vurub, titullar qazanıb. Ancaq indi eqosunu idarə etməlidir. Fiziki durumu əvvəlki kimi deyil, bunu özü də yaxşı bilir”.

Ronaldo dünən millinin düşərgəsindən öz istəyi ilə ayrılıb. O, bu qərarı ilə bağlı daha sonra açıqlama verəcəyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью