Ronaldo ərəblərin dünya çempionatını qəbul etməsinə belə reaksiya verdi

12.12.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo açıqlama verib.

Publika.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının ev sahibi seçilməsinə münasibət bildirib:

“Səudiyyə Ərəbistanındakı bütün dostlarımı təbrik edirəm. Sizin hamınızın bu gün necə qürur duyduğunuzu bilirəm və əminəm ki, 2034-cü il dünya çempionatı tarixi olacaq”.

Qeyd edək ki, turnir regionun iqlim şəraiti ilə əlaqədar qışda ölkənin 5 şəhərində 15 stadionda keçiriləcək.

2030-cu il dünya çempionatı isə Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək. Uruqvay, Paraqvay və Argentina isə yubiley mundialının bir oyununu qəbul edəcək.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью