Ronaldo Ermənistan üzərində qələbəni 3 sözlə ifadə etdi | Icma.az
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldo DÇ-2026-nın seçmə mərhələsinin E qrupunun 1-ci turu çərçivəsində Ermənistan yığması üzərində qazandıqları qələbəyə münasibət bildirib.
Sport24.az xəbər verir ki, ulduz futbolçu sevincini sosial şəbəkə hesabında 3 sözlə ilə ifadə edib: Kriştiano sosial şəbəkədə matçdan fotoları əlavə edərək "İlk addım atıldı" yazıb.
Qeyd edək ki, Portuqaliyanın Ermənistanı 5:0 hesabı ilə məğlub etdiyi matçda Ronaldo dubla imza atıb.
Portuqaliya millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu sentyabrın 9-da səfərdə Macarıstana qarşı keçirəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu