Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Portuqaliya millisinin DÇ-2026-nın seçmə mərhələsində Ermənistan və Macarıstanla oyunları üçün heyəti açıqlanıb.
Futbolpress.az xəbər verir ki, “Əl Nəsr”də çıxış edən Kriştiano Ronaldo da yığmaya çağırılıb. O, baş məşqçi Roberto Martinesin 23 nəfərlik siyahısında yer alıb.
Portuqaliya millisi sentyabrın 6-da Ermənistanın qonağı olacaq, 9-da isə Macarıstanla səfərdə üz-üzə gələcək.