Ronaldo Ermənistanda dost qazandım dedi, onu paylaşdı VİDEO

08.09.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyaca məşhur portuqaliyalı futbolçu Kristiano Ronaldo sosial şəbəkə hesabında Ermənistan səfərindən paylaşım edib.

Globalinfo.az xəbər verir ki, Ronaldo Ruben adlı erməni azyaşlı ilə meydançadan fotosunu paylaşıb.

“Dünən yeni dost qazandım. Sevgi və dəstəyə görə çox minnətdaram. Ümid edirəm ki, hər kəs öz arzularının ardınca gedəcək”, – paylaşımda qeyd edib.

Məlumata görə, Ruben eşitmə və nitq məhdudiyyətlidir. O, Ermənistanda əlilliyi olan uşaqlardan ibarət inklüziv futbol komandasının üzvüdür. Sentyabrın 6-da baş tutan Portuqaliya-Ermənistan qarşılaşmasında gənc Ruben Ronaldo ilə görüşüb və onun sevinci dünya mediasında gündəm olub.

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 5-0 qələbəsi ilə yekunlaşıb. K.Ronaldonun oyundan bir gün öncə İrəvandakı davranışı isə ciddi rezonans doğurub. Ronaldo onunla foto çəkdirmək istəyən erməni azakeşi itələyib. Sözügedən görüntülər narazılıq doğurub.

Onun Rubenlə bağlı paylaşımı təqdir edilsə də, ümumilikdə futbolçunun Ermənistan səfəri ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью