Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərə futbolunun əfsanəsi Alan Şirer Kriştiano Ronaldonun Portuqaliya millisindəki roluna münasibət bildirib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, o, baş məşqçi Roberto Martinesin Ronaldonu tam sərbəst şəkildə idarə etməkdə çətinlik çəkə biləcəyini deyib.
Şirerə görə, Ronaldonun yüksək statusu onun əvəzlənməsi kimi qərarları sual altına qoyur və bu, komandanın taktiki planlarına təsir edə bilər.
O, həmçinin qeyd edib ki, Ronaldo bütün oyunlarda tam çıxış edə bilməyəcəyini qəbul etməsə, bu vəziyyət Portuqaliya üçün problem yarada bilər.
Şirer futbolçunun son vaxtlar formasının zəif olduğunu vurğulayıb və Lionel Messinin uğurlu çıxışı fonunda Ronaldonun psixoloji təzyiq hiss etdiyini bildirib.
Qeyd edək ki, Şirer ən yaxşı oyunçu müqayisəsində üstünlüyü Messiyə verdiyini də gizlətməyib.