Ronaldo Fənərbağçaya gəlir? Mourinyo nöqtəni qoydu

06.12.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo barədə danışıb.

Milli.Az xəbər verir ki, o bu barədə "Beşiktaş"la derbi öncəsi mətbuat konfansında jurnalistlərə açıqlama verib.

Mütəxəssis ulduz futbolçunun "Fənər"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:

"Birinci səbəb odur ki, mənə hücumçu lazım deyil. Kriştianu həmişə Kriştianudur, amma ona ehtiyacım yoxdur. Çünki hücumçularımdan razıyam. Ronaldo Səudiyyə Ərəbistanında yaxşı pul qazanır və hədəfi 1000-ci qolu vurmaqdır. Kriştianunu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью