“Ronaldo “Fənərbağça”ya gəlməyəcək” Mourinyo

06.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Ronaldo “Fənərbağça”ya gəlməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Sarı-lacivərtlilər”in baş məşqçisi Joze Mourinyo “Beşiktaş” matçından öncə jurnalistlərin suallarını cavablayarkən deyib.
O bildirib ki, bunun müxtəlif səbəbləri var.
“Birinci səbəb odur ki, mənim 3 çox yaxşı mərkəz hücumçum var və mən hücumçu istəmirəm. Kristiano həmişə Kristianodur, amma mən bunu istəmirəm, çünki hücumçularımdan razıyam. Onun Ərəbistanda qazandığı pul və 1000 qol hədəfi var. Onu Türkiyəyə gəlməyə İstanbulun gözəlliyindən başqa nə vadar edə bilər?” – Mourinyo bildirib.
Qeyd edək ki, daha əvvəl mətbuatda Mourinyonun “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldoya şəxsən zəng edərək onu “Fənərbaxça”ya dəvət etməsi ilə bağlı məlumatlar yayılmışdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью