Ronaldo Fənərbaxçaya keçir? Mourinyo danışdı

24.11.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun komandasına dəvət etməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, 61 yaşlı mütəxəssis deyib:

"Kriştiano İstanbula yemək yeməyə gələ bilər, çünki şəhər Səudiyyə Ərəbistandan Portuqaliyaya keçən yolun ortasındadır. Ya da öz şəxsi təyyarəsində dostu Mourinyonun yanına gəlib, hoteldə yemək yeyə bilər. Onun "Fənərbaxça"ya keçidindən yazanlar ya yazdıqlarından xəbərləri yoxdur, ya da gülməli xəbərlər uydurmaqla xoşbəxt olurlar".

Qeyd edək ki, daha öncə mətbuatda Mourinyonun Ronaldonu "Fənərbaxça"ya dəvət etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью