Ronaldo Fənərbaxçaya keçir, ya yox? Mourinyo açıqladı

24.11.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun komandasına dəvət etməsindən danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis deyib: 

"Kriştiano İstanbula yemək yeməyə gələ bilər, çünki şəhər Səudiyyə Ərəbistandan Portuqaliyaya keçən yolun ortasındadır. Ya da öz şəxsi təyyarəsində dostu Mourinyonun yanına gəlib, hoteldə yemək yeyə bilər. Onun "Fənərbaxça"ya keçidindən yazanlar ya yazdıqlarından xəbərləri yoxdur, ya da gülməli xəbərlər uydurmaqla xoşbəxt olurlar". 

Qeyd edək ki, daha öncə mətbuatda Mourinyonun Ronaldonu "Fənərbaxça"ya dəvət etməsi ilə bağlı xəbərlər yayılmışdı. 
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью