Ronaldo Finlandiyada soyuq suda çimdi

25.12.2024

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun məşhur portuqaliyalı hücumçusu Kriştianu Ronaldo bu günlərdə ailəsi ilə birlikdə Finlandiyadadır. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, futbolçu yerli hamamda olub, bundan sonra soyuq suya girib.

Portuqaliya millisinin hücumçusu Yeni il bayramını sevdikləri ilə qeyd etmək üçün Finlandiyaya gəlib. Ulduz futbolçu ayrı bir mesajda bütün azarkeşləri bu münasibətlə təbrik edib.

Hazırda Ronaldo və komanda yoldaşları yanvarın 9-dək davam edəcək tətildədir. Kriştiano bu mövsüm "Əl-Nassr"ın heyətində bütün yarışlarda 19 oyun keçirib, burada 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью