Ronaldo Fransa çempionatını aşağıladı

28.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

“Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatını tərifləyib.

Publika.az xəbər verir ki, Ronaldo frasızlara da "ilişib". O bildirib ki, Səudiyyə çempionatı Fransa Liqa 1-dən daha çətindir.

“Əlbəttə Səudiyyə Liqası Liqa 1-dən yaxşıdır. Fransada yalnız PSJ var. Qalanları bitdi. 38, 39, 40 dərəcə istidə qaçmağa çalışın və baxın…”, – Ronaldo deyib.

Bu mövsüm Kriştiano Ronaldo klub səviyyəsində 19 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью