Ronaldo Fransada oynasa, onu yeyərlər

01.01.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının Fransa Liqa 1-dən daha səviyyəli liqa olduğunu bildirib.

Sportal.az xəbər verir ki, fransalı veteran futbolçu Adil Rami portuqaliyalı hücumçunun fikirlərini şərh edib. 39 yaşlı keçmiş müdafiəçi Ronaldonun hazırda Fransada oynaya bilməyəcəyini deyib:

"Ronaldoya hörmətim var. Amma böyük karyerası var deyə hər dediyi söz doğru ola bilməz. "Monako", "Marsel", "Lill", "Brest" kimi komandalara qarşı oynasın. Ronaldo indi Fransada oynasa, onu yeyərlər".

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью