Ronaldo fransalıları yenə hiddətləndirdi | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Kriştiano Ronaldo fransalıları yenə hiddətləndirib.“Globe Soccer Awards” mərasimində Yaxın Şərqin 2024-cü ilin ən yaxşı futbolçusu seçilən ulduz futbolçu növbəti açıqlaması ilə gündəmə gəlib.
“Əl-Nəssr”in hücumçusu bir neçə ay əvvəl Fransa və Səudiyyə Ərəbistanı çempionatlarını müqayisə etdiyi açıqlamasını təkrarlayıb.
39 yaşlı Ronaldo mükafatlandırma mərasimində “Səudiyyə Ərəbistanı çempionatı Fransa Liqa 1-indən daha yaxşıdı” fikrini xatırladıb.
O, “sözümün arxasındayam. Səudiyyə Ərəbistanı çempionatı Fransa Liqa 1-indən daha yaxşıdı. Fransada, sadəcə, PSJ var.
Başqa komanda yoxdu” deyib.Səs-küyə səbəb olan bu açıqlama fransalı futbolsevərlərin qəzəbinə səbəb olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu