Ronaldo futbol tarixinə düşdü Qazancı 2 milyarda çatdı

23.10.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştianu Ronaldo bu dəfə futbol meydanlarından kənarda – maliyyə sahəsində növbəti tarixi rekorda imza atıb.

“Qafqazinfo” nüfuzlu “Forbes” jurnalına istinadən xəbər verir ki, 41 yaşlı portuqaliyalı ulduz futbol tarixində qazancı 2 milyard dollara çatan ilk futbolçu olub.

Məlumata görə, bu məbləğə yalnız klublarla bağlanan müqavilələr üzrə maaşlar deyil, həm də futbolçunun bütün digər gəlir mənbələri – reklam, sponsorluq müqavilələri və şəxsi biznes layihələri daxildir.

Qeyd edək ki, 41 yaşlı Ronaldonun “Əl-Nəsr” ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью