Ronaldo getdikdən sonra komandada birlik yarandı?

02.10.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ronaldo getdikdən sonra komandada birlik yarandı?

Portuqaliya millisinin futbolçusu Vitinya UEFA Millətlər Liqasında dünən Danimarka üzərində qazanılan qələbədən (4:2) sonra baş məşqçi Jorze Jezusun işini yüksək qiymətləndirib.

QOL.az xəbər verir ki, matçda  qollardan birinin müəllifi olan yarımmüdafiəçi komandanın indiyədək ən yaxşı oyununu keçirdiyini bildirib:

“Bütün bunlar baş məşqçinin gördüyü işin nəticəsidir. Hətta deyərdim ki, bu, indiyədək ən yaxşı çıxışımız idi. Bu gün hücum oyunumuzda irəliyə doğru addım atdıq. Baş məşqçinin işi öz bəhrəsini verməyə başlayır”.

Vitinya həmçinin Portuqaliyanın 2025-ci ildə Kopenhagendə Danimarkaya məğlub olduğu görüşü xatırladaraq, komandanın həmin vaxtdan bəri inkişaf etdiyini vurğulayıb.

Portuqaliyanın “O Jogo” nəşri isə Kriştiano Ronaldonun yığmanın düşərgəsini tərk etməsindən sonra komandadakı vəziyyətə diqqət çəkib. Qəzet üz qabığında “CR11” başlığından istifadə edərək Portuqaliya millisinin kapitanın gedişi ilə bağlı yaranmış mübahisəli vəziyyəti “birlik, soyuqqanlılıq və istedad sayəsində” geridə qoyduğunu yazıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью