Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın kapitanı Kriştiano Ronaldo haqda danışıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis portuqaliyalı hücumçunun DÇ-2026-da oynamaq arzusundan söz açıb:
“Ronaldo hər oyuni ilk dəfə meydana çıxırmış kimi yaşayır. Onun fədakarlığı nəyə desəniz dəyər. O, hələ də qələbəyə ac futbolçudur. DÇ-2026? Oynamaq üçün əlindən gələni edir, amma uzunmüddətli hədəfləri yoxdur. Hər oyunda meydanın ən yaxşısı olmaq istəyir. Ronaldo millinin formasını geyinməyin nə olduğunu yaxşı bilir. Kapitanlığı komandaya çox kömək edir”.