futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo yeni mövsümda oyunların 25 faizində oynamayacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Falax Əl Kaxtani məlumat yayıb. O, Ronaldonun baş məşqçi Jorje Jezuşla danışdığı və istirahət məqsədilə oyunların bəzilərində meydana çıxmayacağı ilə bağlı anlaşdığı qeyd olunub.
Ronaldo daha çox mühüm oyunlarda meydana çıxacaq.
40 yaşlı hücumçu ötən mövsüm 41 oyunda 35 qol vurub.