Ronaldo het trik edərək karyerasının 985 ci qolunu vurub

30.10.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xolud”u 5:3 hesabı ilə məğlub edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Kriştiano Ronaldo het-trik edib. O, 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolları Qabriel Anqelo və Sadio Mane vurublar.

Bu, Ronaldonun karyerasında 67-ci het-trikidir. Portuqaliyalı hücumçu bununla karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.

Qələbədən sonra “Əl-Nəsr” 28 xalla turnir cədvəlində lider “Əl-Qadisiya”ya çatıb. Komanda növbəti oyununu noyabrın 6-da səfərdə “Əl-Həzm”ə qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью