Ronaldo iki böyük hədəfini açıqladı

23.09.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Ronaldo iki böyük hədəfini açıqladı

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbol karyerasında çatmaq istədiyi iki əsas hədəfi açıqlayıb.

QOL.az xəbər verir ki, "Record" nəşrinin məlumatına görə, 41 yaşlı futbolçu 1000-ci qolunu vurmaq və Millətlər Liqasının qalibi olmaq istədiyini bildirib.

"Mənim məqsədim 1000-ci qolumu vurmaq və Millətlər Liqasını qazanmaqdır. Bu, yeni eradır. Bütün hücumlara baxmayaraq gördüyü işlərə görə Roberto Martinesə təşəkkür etməliyik. İndi isə hamının tanıdığı Jorje Jezuş baş məşqçimizdir və əminəm ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, Jorje Jezuş Portuqaliya millisinin Millətlər Liqasının ilk turunda Uelslə oyununda Ronaldonu start heyətinə daxil edəcəyini təsdiqləyib. Qarşılaşma sentyabrın 24-də Lissabondakı “Joze Alvalade” stadionunda keçiriləcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью