Ronaldo: İlk ulduz olmaq mənim üçün şərəfdir İdman və Biz

06.01.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Səudiyyə Ərəbistanı çempionatında ilk ulduz olmaq mənim üçün böyük şərəfdir".

İdman.biz xəbər verir ki, bunu “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatını şərh edərkən deyib.

Portuqaliyalı forvard bildirib ki, onun gəlişi ilə liqada rəqabətin daha da inkişafından qürur duyur: “Səudiyyə Ərəbistanı çempionatında ilk ulduz olmağım mənim üçün böyük şərəfdir. 5-10 ildən sonra yalnız əsas komandaların deyil, həm də akademiyaların irəliləyişə nail olacağını gözləyirəm".

Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"lə 2024/2025 mövsümünün sonuna qədər müqavilə bağlayıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью