Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən axşam saatlarında Ermənistanın Zvartnots hava limanında azarkeşlər Portuqaliya yığmasını qarşılayıb.
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Tayms" məlumat yayıb. Azarkeşlər Kriştiano Ronaldonu xüsusi coşqu ilə qarşılayıblar.
Dünya Çempionatının 2026-cı ilin Avropa zonasının seçmə mərhələsinin F qrupunun ilk turu çərçivəsində keçiriləcək Ermənistan - Portuqaliya oyunu sentyabrın 6-da saat 20:00-da Vazgen Sarkisyan adına Respublika stadionunda keçiriləcək.
Oyunu ingilis hakimlər briqadası idarə edəcək. Portuqaliya yığması İrəvandakı “Seven Vision” otelində dayanıb.
Ronaldo və komanda artıq çoxlu sayda azarkeşin həyətə toplaşdığı polis karvanının müşayiəti ilə otelə gəlib.
Futbolçuların arxa girişdən içəri girə bilməsi üçün avtobus marşrutunu dəyişib. Bir müddət sonra avtobus əsas girişə qayıdıb.
Polis dərhal bunun qarşısını alıb. Balaca qız məhəccərə dırmaşaraq polis səddini aşaraq otelə daxil olub.