Ronaldo “itkin” düşdü, elan verildi Foto

04.02.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Səudiyyə Ərəbistanının bəzi küçələrində "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun itkin düşmüş şəxs kimi istehzalı posterləri peyda olub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Touchline” məlumat yayıb.

Mənbənin sözlərinə görə, posterin altında "40 yaşlı bir kişi - ailəsi onu axtararkən ağlamağa məcburdur” yazılıb.

Qeyd edək ki, daha əvvəl Ronaldonun klubla müqaviləsini ləğv etməyi düşündüyü barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Ronaldo 2023-cü ildən bəri "Əl-Nəsr"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Əlavə edək ki, nüfuzlu internet portalı "Transfermarkt" hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью