Ronaldo Jezusa tələb qoydu

06.10.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Millətlər Liqasında Danimarka ilə oyundan əvvəl komandanın təlim-məşq bazasını tərk edib.

Futbolpress.az xəbər verir ki, təcrübəli hücumçunun bu addımı atmasına baş məşqçi Xorxe Jezusun mətbuat konfransındakı çıxışı səbəb olub. Norveçlə qarşılaşmadan sonra tərəflər arasında xüsusi razılaşmaya görə, mütəxəssis mətbuat qarşısında yeddi bənddən ibarət bəyanat səsləndirməli idi.

Həmin şərtlər arasında Ronaldonun Norveçlə matçda ehtiyatda qalmasının izahı, aralarında heç bir problemin olmaması, futbolçunun peşəkarlığı və hətta Jezusun onu Pele və Dieqo Maradona kimi əfsanələrlə müqayisə etməsi yer alırdı.

Lakin Ronaldo baş məşqçidən açıq şəkildə üzrxahlıq gözləyib. Əvvəlcədən razılaşdırılmış ssenaridə belə bir bənd olmadığı üçün ulduz futbolçu konfransda eşitdiklərinə kəskin reaksiya verib və millinin düşərgəsindən ayrılaraq əvvəlcə Madridə, daha sonra isə Ər-Riyada yola düşüb.

Hadisədən bir neçə gün sonra Xorxe Jezus belə bir öhdəliyinin olmadığını təsdiqləyib. Mütəxəssis verdiyi qərarlara görə kimsədən üzr istəmək fikrində olmadığını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью