Ronaldo Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasını istəyir

08.02.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Braziliya millisinin sabiq futbolçusu Ronaldo Luis Nazario Karlo Ançelottini yığmada baş məşqçi postuna gətirmək istəyir.

"Report" "Relevo" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı keçmiş hücumçu Braziliya Futbol Federasiyasının prezidenti seçiləcəyi təqdirdə italiyalı mütəxəssisi ölkəsinə dəvət edəcək.

O, 2026-cı ilin martında namizədliyini irəli sürmək niyyətindədir.

Tərəflər hələlik mümkün əməkdaşlığı müzakirə etməyiblər. Ronaldo 65 yaşlı baş məşqçini Madrid klubundan uzaqlaşdırmaq istəmir. "Kral klubu" Ançelotti ilə yollarını ayıracağı təqdirdə ona Braziliya millisində iş təklif olunacaq.

Qeyd edək ki, mütəxəssisin "Real"la hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью