Ronaldo karyerası haqqında: Dayanmayacağam!

28.12.2024

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo karyerasını bitirmək niyyətində olmadığını bildirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Record”a açıqlamasında danışıb.

"Bir aydan sonra 40 yaşım olacaq. Əmin ola bilərsiniz ki, mən dayanmayacağam. Niyə? Çünki kuboklar qazanmaq, çempion olmaq və qollar vurmaq istəyirəm", - deyə Ronaldo bildirib.

Qeyd edək ki, 2023-cü il yanvarın 2-dən Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayır. Müqaviləyə əsasən o, ildə 200 milyon avro məvacib alır.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью