Ronaldo karyerasındakı qol sayını 956 ya çatdırıb

27.12.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Əl-Nəsr”in ulduz futbolçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında növbəti dəfə diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçu çempionatın 11-ci turu çərçivəsində “Əl-Ohud”a qarşı keçirilən oyunda 2 qol vurub. Ronaldo əvvəlcə 32-ci dəqiqədə hesabı açaraq komandasını önə çıxarıb. Ardınca qısa müddət sonra yenidən fərqlənən 39 yaşlı futbolçu özünün və komandasının ikinci qoluna imza atıb.

İlk hissə “Əl-Nəsr”in 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, bu dublla Ronaldonun klublar və Portuqaliya milli komandası ilə birlikdə vurduğu qolların ümumi sayı 956-ya çatıb.

Mert Hakan: "Düşmənlərimin sözlərini yox, dostlarımın səssizliyini xatırlayacam" “Beşiktaş”ın borcu açıqlanıb “Mançester Siti” səfərdə “Nottingem Forest”i məğlub etdi İlin ən çox qazanan futbolçuları - TOP-10 Peres Zidanı “Real”a qaytarmaq istəyir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью