Ronaldo karyerasını Avropada davam etdirə bilər İddia

03.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

"Əl Nəsr"in futbolçusu Kriştiano Ronaldo karyerasını Fransada davam etdirə bilər.

Teleqraf.com xəbər verir ki, 39 yaşlı futbolçunun PSJ-yə keçə biləcəyi iddia olunur.

Bildirilir ki, portuqaliyalı Səudiyyə klubu ilə başa çatmaqda olan müqaviləni yeniləməyib. Hücumçunun komanda ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

2023-cü ilin yanvarından "Əl Nəsr"də forma geyinən oyunçu bu müddət ərzində 83 matçda 74 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью