Icma.az, 525.az portalına istinadən məlumat verir.
Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirməklə bağlı suallara qeyri-müəyyən cavab verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçu bu mövsüm onun peşəkar karyerasında sonuncu olacağının mümkünlüyünü söyləyib.
"Bilmirəm, özüm də bu suala cavab axtarıram. Ola bilsin ki, bu, karyeramda sonuncu mövsüm olacaq. Sonuncu oyunumun vaxtını dəqiqləşdirəndə hamıya məlumat verəcəm", - deyə Ronaldo bildirib.
Qeyd edək ki, portuqaliyalı ulduz karyerasında 1000-ci qolu vurmaqla bağlı suala da cavab verib. Ronaldo bununla bağlı öhdəlik daşımadığını, amma bu həddə çatmağı çox istədiyini deyib.
L.Tağıyeva