Ronaldo karyerasının 987 ci qolunu vurdu

24.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasının 987-ci qolunu vurub.

Bakıvaxtı.az xəbər verir ki, 41 yaşlı futbolçu Asiya Çempionlar Liqasının beşinci turunda Qətərin “Əl-Sədd” komandası ilə keçirilən oyunun 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” klublarında da oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью