Ronaldo Klublararası DÇ də oynayacaq?

07.06.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldo bu il ABŞ-də keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə özü məlumat verib.

O, bir neçə klubdan dəvət aldığını da deyib: “Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, Klublararası Dünya Çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik”.

Qeyd edək ki, Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası turnirə qatıla bilməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью