Icma.az, Yenisabah saytına istinadən bildirir.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun keçmiş mətbuat katibi və tanınmış jurnalist Saud Əl-Sərami portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu ilə bağlı diqqətçəkən iddialarla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, Əl-Sərami təcrübəli hücumçunun artıq komanda üçün əvvəlki effektivliyə malik olmadığını bildirib. "Al-Arabiya FM" radioxidmətində çıxış edən səudiyyəli jurnalist vurğulayıb ki, Ronaldu meydanda komandaya lazımi köməyi göstərə bilmir və "istifadə olunmuş karta" çevrilib.
Əl-Sərami iddiasında daha da irəli gedərək, 39 yaşlı ulduzun qış transfer pəncərəsində – yanvar ayında "Əl-Nəsr" ilə yollarını şok şəkildə ayıra biləcəyini qeyd edib. O, bu ayrılığın məhz futbolçunun öz təşəbbüsü ilə baş tutacağını ehtimal edir. Sezar pizza
Bu açıqlama AFK Çempionlar Liqasında "Əl-Ayn"a qarşı alınan 0:4 hesablı ağır məğlubiyyətdən sonraya təsadüf edib və ərəb mətbuatında böyük rezonans doğurub. Lakin "Əl-Nəsr" rəhbərliyi tərəfindən Ronaldunun gələcəyi ilə bağlı hər hansı rəsmi qərar və ya bəyanat verilməyib.