Ronaldo komanda yoldaşı olduğu ən pis futbolçunun adını dedi

15.02.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Real Madrid"in və Braziliya millisinin əfsanəvi keçmiş hücumçusu Ronaldo vaxtilə eyni komandada oynadığı ən pis futbolçunun adını çəkib. 

Fanat.Az xəbər verir ki, "Marca" "Yekədiş"in dediklərini belə təqdim edib: 

"Bu, "Real"da birlikdə oynadığım danimarkalı müdafiəçi Tomas Qravesendir. Qravesen çox yaxşı insan və əla oğlandır, lakin o, zəif futbolçu idi. Tomas çox kobud oynayırdı və həmişə rəqibin ayaqlarına sərt zərbələr vururdu". 

Xatırladaq ki, Tomas Qravesen futbolçu karyerasını 2009-cu ildə başa vurub. Danimarkalı "Veyle", "Hamburq", "Everton", "Real Madrid" və Şotlandiyanın "Seltik" klublarında oynamağı bacarıb. O, Danimarka millisinin heyətində 66 oyun keçirib.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью