Ronaldo Mançester Sitiyə keçəcək? Özü danışıb Xəbər saytı Son xəbərlər və Hadisələr

29.12.2024

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Mançester Siti"yə keçə biləcəyi ilə bağlı sualı cavablandırıb.

BAKU.WS xəbər verir ki, o bu barədə Manchester Evening News-a danışıb.

"Transfer pəncərəsi zamanı "Mançester Siti"yə kömək edəcəmmi? Nə olacağını heç vaxt bilə bilməzsiniz", - deyə Ronaldo bildirib.

Xatırladaq ki, daha əvvəl Cristiano Ronaldo Yaxın Şərqdə 2024-cü ilin ən yaxşı oyunçusu kimi "Globe Soccer Awards" mükafatını almışdı.

Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью