GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“İngiltərənin “Mançester Yunayted” klubu Kriştiano Ronaldonu dəvət etməkdə maraqlı deyil”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The i Paper” qəzeti məlumat yayıb.
“Ən çox ehtimal olunan variantlardan biri Ronaldonun “Sportinq”ə qayıtmasıdır. Digər bir ehtimal isə onun MLS və ya Qətər liqa klubuna keçməsidir”, – deyə bildirilib.
Qeyd edək ki, Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır.
Bundan əvvəl futbolçunun klubun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunmasından narazı olduğu və oyunları boykot etdiyi barədə məlumatlar yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az