Ronaldo Mbappeni özünə bənzətdi: Mənə öz dövrümü xatırladır

29.06.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Fransa yığmasının kapitanı Kilian Mbappe haqda danışıb.

Apasport.az xəbər verir ki, ikiqat dünya çempionu Mbappenin oyun tərzini özünə bənzədib:

“Geridə qoyduğumuz miras barədə düşünmək lazımdır. Amma onların hər ikisi, şübhəsiz, rəqəmlərdən üstün olan futbolçulardır və turnir tarixinin ən yaxşı bombardirləri olmağa layiqdirlər. Messi futbol tarixinin ən böyük oyunçularından biridir, bu gün də təsir gücünə malikdir və oyunun nəticəsini müəyyənləşdirməyi bacarır. Mbappeyə gəlincə, onun oyun üslubu mənə öz zirvə dövrümü xatırladır. O, müasir futbolun ən böyüklərindən biridir və bu oyunun əfsanələrinin təbii varisidir”, - deyə Ronaldo bildirib.

Qeyd edək ki, DÇ-2026-da “Qızıl buts” uğrunda mübarizə davam edir. Lionel Messi 6 qolla siyahıya başçılıq edir. Kilian Mbappe isə hələlik 4 qolla argentinalı futbolçunu izləyir. Usman Dembele, Vinisius Junior və Erlinq Haalandın da aktivində 4 qol var.

Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью