Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kriştiano Ronaldo qələbələri yalnız yaşıl meydanlarda sıralamır. Ulduz futbolçu məhkəmə işini də udub.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusu ilə sabiq klubu “Yuventus” arasındakı maliyyə mübahisəsi futbolçunun xeyrinə yekunlaşıb. “Football Italia”nın yaydığı xəbərə görə, son illər Səudiyyə Ərəbistanında çıxış edən Ronaldo “Yuventus”a qarşı uzun müddət davam edən məhkəmə işində qalib gəlib. Məhkəmənin qərarına əsasən, İtaliya klubu maaş mübahisəsi çərçivəsində portuqaliyalıya ödədiyi 9,8 milyon avronu geri tələb edə bilməyəcək. “Yuventus”un futbolçuya ödənişlə bağlı qərara etdiyi apellyasiya şikayəti rədd olunub. Hakim Arbitraj Kollegiyasının 2024-cü ilin aprelində çıxardığı və Kriştianonun ödəniş almaq hüququnu təsdiqləyən qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Ronaldo ilə 2018-21-ci illərdə formasını geydiyi Turin klubu arasında koronavirus pandemiyası zamanı maaşların “dondurulması” ilə bağlı razılaşma olub. Lakin “Yuventus” Ronaldo komandadan ayrılsa belə, ona vəd edilən vəsaiti ödəməyib. Nəticədə ulduz futbolçu hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət edib.