futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirəcəyi vaxtla bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, UOL nəşrinə danışan portuqaliyalı futbolçu bunları deyib:
“Həmişə deyirəm, uzunömürlülük ehtirasla bağlıdır və məndə də bu ehtiras var. Qol vurub, ya vurmayım, önəmli deyil. Bunlar həyatımın bir hissəsidir. 23-24 illik karyeram mənim həyatımdır. Sağlığım imkan verəcəyi müddətcə oynamaq istəyirəm”.