Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kriştiano Ronaldo və Lionel Messi yenidən qarşılaşıblar.
Metbuat.az xəbər verir ki, onlar bu dəfə meydanda deyil dolayısı ilə hərracda üzləşiblər. Məlumata görə, “Çelsi” əfsanəsi Con Terri həm Messinin, həm də Ronaldonun karyeralarından əşyalar da daxil olmaqla 50-dən çox şəxsi əşyasını hərraca çıxarıb. ESPN-in məlumatına görə, ən bahalı əşya 2006-cı ildə “Çelsi” və “Barselona” arasında keçirilən Çempionlar Liqası matçında Messinin geyindiyi forma olub. Forma 183000 dollara satılıb. Ronaldonun “Mançester Yunayted”dəki dövründən qalma forması isə 115900 dollara satılıb.
Qeyd edək ki, Lionel Messinin forması 1966-cı il Dünya Kuboku finalında Geoff Hurstun geyindiyi formaya ödənilən 116000 dolları üstələyərək, indiyə qədər ən baha satılan dördüncü futbol forması olub.