Ronaldo Messini geridə qoydu TARİXƏ DÜŞDÜ

28.10.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kriştiano Ronaldonun 2008-ci ildə “Qızıl top” qazandığı mövsüm azarkeşlərin səsverməsində tarixin ən yaxşısı seçilib.

Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz B.O.A.T. mükafatına layiq görülüb.

“Qızıl top”un 70 illiyi münasibətilə yaradılan B.O.A.T. (“Ballon d’Or Of All Time”) layihəsi çərçivəsində azarkeşlər mükafatı qazanan futbolçuların ən uğurlu mövsümünü seçiblər. Səsvermədə “Qızıl top”u ən azı iki dəfə qazanan futbolçular iştirak ediblər.

Namizədlər arasında Lionel Messi (8 dəfə), Yohan Kroyff, Mişel Platini və Marko van Basten (hər biri 3 dəfə), Alfredo Di Stefano, Frans Bekkenbauer, Kevin Kiqan, Karl-Haynts Rummenigge və Ronaldo (hər biri 2 dəfə) yer alıblar.

Qeyd edək ki, B.O.A.T. layihəsi rəsmi “Qızıl top” mükafatından ayrıdır.

“Espanyol”da ayrılıq - RƏSMİ “Real Madrid” Mbappeyə görə Çindən üzr istədi – RƏSMİ “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью