Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Kriştiano Ronaldo Portuqaliya millisindəki çıxışını başa vurduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə “Instagram” hesabında video paylaşıb.
Beləliklə, onun 23 illik beynəlxalq karyerası başa çatıb. Ronaldo bu müddət ərzində kişi futbolçular arasında milli komandalar səviyyəsində ən çox qol vuran və ən çox oyun keçirən futbolçu olub.
Ronaldo Portuqaliya millisinin heyətində 234 oyunda 146 qol vurub. O, 2003-cü ildə əsas millidə debüt edib. Futbolçu 2016-cı ildə Avropa çempionatında, 2019-cu ildə isə Millətlər Liqasında Portuqaliya yığmasının kapitanı kimi çempionluq qazanıb.
Hücumçu Portuqaliya millisinin heyətində beş dünya çempionatında və altı Avropa çempionatında iştirak edib.