​Ronaldo Mourinyonun “Fənərbaxça” dəvətinə hansı cavabı verib?

22.11.2024

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Kriştiano Ronaldonun “Əl-Nəssr”dən ayrılacağı ilə bağlı xəbərlərin gündəmə gəlməsindən sonra “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo şəxsən ona zəng edib.

Metbuat.az xəbər verir ki, Mourinyonun Ronaldonu “Fənərbaxça”ya dəvət etdiyi iddia edilir. “Fotomaç”da yer alan xəbərə görə, məşqçi ondan "Fənərbaxça"ya gəlib-gəlmək istəmədiyini soruşub. Mourinyo telefon danışığında Ronaldoya "Orada xoşbəxtsənmi?" Ayrılsan, “Fənərbaxça”ya gəlmək istəyərdinmi?” dediyi iddia edilir. Ronaldonun Mourinyonun təklifinə necə cavab verdiyi barədə məlumat verilməyib. Həmçinin, “Fənərbaxça” nümayəndələrinin Ronaldonun agenti ilə əlaqələr qurduğu deyilir.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəssr”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью