Ronaldo mövsümün ilk matçında fərqləndi

21.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı çempionatının II turunun matçında “Əl-Nəsr” klubu “Əl-Riyad”ı darmadağın edib.

Futbolpress.az xəbər verir ki, son ölkə çempionunun üstünlüyü ilə keçən qarşılaşma 4:0 hesabı ilə yekunlaşıb.

Bu görüşdə “Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldo cari mövsümdə ilk dəfə meydançaya çıxıb. 62-ci dəqiqədə əvəzlənmədən oyuna daxil olan 41 yaşlı portuqaliyalı hücumçu 83-cü dəqiqədə fərqlənərək matçın son nöqtəsini qoyub.

Bu dəqiq zərbə Ronaldonun klub və milli komandadakı ümumi karyerası ərzində vurduğu 977-ci qol kimi göstəriciyə daxil olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью