Ronaldo müqaviləsini uzatdıqdan sonra “ƏlNəsr”in ortaq sahibi olacaq AZƏRTAC

15.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 yanvar, AZƏRTAC

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” ilə müqaviləsini uzatdıqdan sonra klubun ortaq sahibi olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın tanınmış “Marca” nəşri məlumat yayıb.

39 yaşlı ulduz futbolçu “Əl-Nəsr” klubunun səhmlərinin 5 faizinə sahib olacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı komandası ilə 200 milyon avro məbləğində yeni müqavilə bağlayacaq. Sözləşmə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью